Mənşəyi bilinməyən 351 kq ət aşkarlanıb
30.11.2016 897 0
Yevlax rayonunda mənşəyi bilinməyən 351 kq mal əti aşkar edilib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 29-da nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan, karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Yevlax rayonunun Aşağı Bucaq kənd sakinləri Nizami Kərimova məxsus həyətyanı sahədən 170 kiloqram, Telman Rəsulova məxsus həyətyanı sahədən isə 181 kiloqram mənşəyi bilinməyən mal əti aşkar edilərək götürülüb. Nümunələr Dövlət Baytarlıq Xidmətinin ekspertizasına təhvil verilib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər