«Mən diktator deyiləm» - Ərdoğan
24.07.2016 706 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki hərbi çevrilişə cəhddən sonra ilk dəfə Böyük Millət Məclisində deputatlar qarşısında çıxış edib.

Euronews-a istinadən xəbər verilir ki, Ərdoğan bir sıra ölkələr tərəfindən irəli sürülən iddialara münasibət bildirib. Ölkə başçısı qeyd edib ki, Türkiyədə baş verən hadisələr olduğu kimi işıqlandırılacaq:

“Biz Xarici İşlər Nazirliyi vasitəsilə baş verən hərbi çevrilişə cəhdlə bağlı videogörüntüləri bütün dünyaya yayacağıq. Ümid edirəm ki, bu videoları görəndən sonra xalqın iradəsi ilə seçilən hakimiyyəti diktatura, prezidenti isə diktator adlandırmayacaqlar”.

Qeyd edək ki, çevrilişə cəhdlə bağlı Türkiyədə 10 mindən çox adam tutulub. 10 minlərlə adam işdən çıxarılıb./qafqazinfo.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar