Sosial şəbəkədə Ukraynalı məmur Aleksandr Polituxinin arvadının yarıçılpaq şəkilləri yayılıb.
Qazeta.info ANS PRESS-ə istinadla bildirir ki, siyasətçinin 32 yaşlı arvadı Yelena sosial şəbəkələrdə öz səhifələrini açıq-saçıq şəkillərlə "bəzəyib". Ukraynanın Xarkov ərazisinin Derqaçevski rayonunun yeni başçının xanımı Yelenanın seksual fotoları sosial şəbəkə istifadəçilərini heyran qoyub.
Aleksandr Polituxa dövlət işində çalışana qədər bizneslə məşğul olub və o, Ukraynada ən böyük sabun istehsalçılarından biri hesab edilir.
Ukrayna mətbuatının məlumatına görə, Yelena ziyalı ailədə doğulub və musiqi məktəbini bitirib. Cazibədar sarışının sözlərinə görə, 2015-ci ilin yanvarında əri onu tərk edib.
“Mənim həyatımda bu yaxınlardakı bəzi hadisələr olub. Anayam, Ərim Aleksandr Polituxa ilə oğlumuz var və biz 10 ildir ki, birlikdəyik. Gözlənilmədən ərim səbəbləri izah etmədən evdən getdi", - deyə Yelena sosial şəbəkədə öz səhifəsində yazıb.