Məmur xanımları arasında ən varlı azərbaycanlı qadın
22.04.2016 1145 0.0 0

Rusiya mətbuatı Kremlin və Rusiya hökumətinin məmurları arasında gəlirlərin səviyyəsi üzrə liderləri müəyyən edib. Məlumata görə, siyahıda ilk pilləni Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviçin həyat yoldaşı azərbaycanlı Zümrüd Rüstəmova tutub.

Onun gəliri 32 milyon 923 min manat təşkil edib.
İkinci yerdə baş nazirin müavini hökumət aparatının rəhbəri Sergey Prixodkonun arvadı yer alıb. Onun gəliri keçən il 132 milyon 609 min rubl (30 milyon 76 min) təşkil edib. 46 yaşlı Zümrüd Rüstəmova Dərbənd azərbaycanlısıdır. Onun 2015-ci ildə gəliri 141 milyon 903 min rubl (32 milyon 923 min manat) təşkil edib.

 

Dvorkoviç və Zümrüd Rüstəmova 

Rüstəmova Dvorkoviçlə 2001-ci ildə ailə həyatı qurub. Cütlüyün Pavel, Vladimir və Denis adlı üç oğlu var.

Rüstamova "Polimetal" filiz mədən şirkətinin baş direktorunun müavinidir. 2000 – 2004 aralığında Zümrüd Rüstəmova Rusiya mülk əlaqələri nazirinin müavini olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar