Məmmədyarov şahmat üzrə superturnirin III turunda heç-heçə edib
16.01.2018 756 0.0 0

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində III tura yekun vurulub.

Məlumata görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti heç-heçəsini edib.

33 yaşlı qrossmeyster turnirdə ikinci heç-heçəsini rusiyalı Maksim Matlakovla edib.

Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalların sayını 2-yə çatdırıb və 3-4-cü yerlərdə qərarlaşıb.

Turnirə 2,5 xal ilə Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) başçılıq edir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar