YAP-ın siyahısı dərc ediləndən dərhal sonra 8 saylı Binəqədi birinci seçki
dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Qısa zamanda 11 ədəd imza vərəqələrimi aldım.Seçici imzalarını Naxçıvani küçəsindən, 7 və 8-ci mikrorayonlarda yaşayan seçicilərdən topladım. İmzatoplama kampaniyamı birbaşa özüm həyata keçirdim.
Bu gün, yəni oktyabrın 2-də topladığım 539 imzanı 8 saylı Binəqədi birinci seçki dairəsinə təqdim etdim. İnamla deyə bilərəm ki, imza vərəqələrindəki bütün ünvanlar, şəxsiyyət vəsiqələrindəki bütünməlumatlar dəqiqdir və onlar hər hansı məlumat bazalarından istifadə etmədən toplanıb. Mən özüm bütün mənzillərdə olmuşam, seçicilərin şəxsiyyət vəsiqələrinə birbaşa özüm baxmışam və şəxsiyyət vəsiqələrində göstərilən yaşayış yerlərinin ünvanlarını, seçicilərin anadan olduğu ili, vəsiqələrin seriyalarını və s. bilavasitə özüm yazmışam.
Seçicilərin çoxu mənə sual verirdi ki, niyə mən özüm imza toplayıram. Deyirdilər ki, biz deputatlığa namizədin özünün imza toplamasını birinci dəfədi ki görürük. Onlara Məhəmməd Peyğəmbərdən sitat gətirirdim: "Mən sizlərdən biriyəm və sizdən artıq deyiləm". Deputatlığa namizədliyimin irəli sürülməsini dəstəkləyən Binəqədi birinci seçki
dairəsi ərazisində yaşayan insanların hamısına minnətdarlığımı bildirirəm.