Əməliyyatdan bir gün sonra çəkilişə getdi, başına iş gəldi
15.01.2022 478 0.0 0


"Tam vaxtıdır" verilişinin çəkilişinə qatılan müğənni Vüqar Muradovun başına iş gəlib.

Qazeta.info Axşam.az-a istinadla xəbər verir ki, ayağından əməliyyat olunan sənətçi bir neçə gün sonra çəkilişə yollanıb. Həmin vaxt Vüqarın tikiş yerləri sökülüb və ayağından qan axmağa başlayıb.

Sənətçi dərhal xəstəxanaya yollanıb.

Qeyd edək ki, ötən il futbol oynayarkən Vüqar yıxılıb və ayağından zədə almışdı. "İstanbul NS" klinikasında əməliyyat olunan sənətçinin ayağına millər qoyulmuşdu. Bir neçə gün əvvəl isə əməliyyatla həmin dəmirlər Vüqarın ayağından çıxarılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar