Paris terror aktının təşkilində şübhəli bilinən Əbdülhəmid Abaoudun tutulması üçün Sen-Deni kommunasında keçirilən xüsusi əməliyyat başa çatıb.
Qazeta.info bildirir ki, Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, paytaxt polisi saxlanılan şəxslərin 7-yə çatdığını açıqlayıb.
Rəsmi təsdiqini tapmayan məlumatlara görə, mərakeş əsilli belçikalı və “çox təhlükəli” olduğu deyilən Abaoud sağ ələ keçirilib. Salah Abdeslam adlı digər terrorçunun isə mühasirəni yararaq qaçdığı bildirilir.
Qeyd edək ki, xüsusi əməliyyat bu gün erkən saatlarında başlayıb. Mühasirəyə alınan mənzillərdən birində altı terrorçu olub. Onlardan üçü əməliyyatın gedişatında saxlanılıb. Biri snayper tərəfindən məhv edilib. Qadın kamikadze özünü partladıb. Son məlumatlara görə, daha bir terrorçu öldürülüb.
Əməliyyatda dörd polis yaralanıb.