Məktəbli özünü hamamdan asdı
02.11.2015 597 0.0 0

Bakıda intihar hadisəsi baş verib. Orta məktəb şagirdi özünü asıb.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi R. Axundov küçəsi, ev 64 ünvanında qeydə alınıb. Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Asif Münasib oğlu Süleymanov özünü yaşadığı evin həyətindəki hamamdan asıb. Onun asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıblar. Yeniyetmə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Gəncin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Özünü öldürən şəxs orta məktəbin 10-cu sinif şagirdidir.

Azərbaycanda sonuncu intihar 3 gün əvvəl Qubanın İqriq kəndində qeydə alınıb. 55 yaşlı Əhmədxan Haşımov kimyəvi dərman içərək intihar edib.

Yaxınları onu Quba rayon mərkəzi xəstəxanasına aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Əhmədxan Haşımov yolda keçinib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar