Məktəbəhazırlıq qruplarına qəbulda YENİLİK
27.07.2017 816 0.0 0

Bu il Azərbaycanda ilk dəfə olaraq, Bakı şəhərində məktəbəhazırlıq qruplarında oxumaq istəyən uşaqların sənəd qəbulu elektron qaydada həyata keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2017-2018-ci tədris ilində sənəd qəbuluna avqustun əvvəlindən başlamaq nəzərdə tutulur.

 

 

Sənəd qəbulu sentyabrın 18-dək davam edəcək. Sorğuları qəbul olunan uşaqların sənədlərinin məktəblərdə qəbulu avqustun 15-dən başlayacaq. Bu proses sentyabrın sonunadək davam edəcək.

Məktəbəhazırlıq qruplarında dərslərin oktyabrın 1-dən başlanılması nəzərdə tutulur./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar