Əməköməci ən qədim müalicəvi bitkilərdəndir. Qədim Yunanıstan və Misirdə bu bitki müxtəlif xəstəliklər və həmçinin əqrəb, ilan sancması zamanı müalicəvi vasitə kimi istifadə olunurdu.
Əməköməcinin tərkibində olan nadir maddələr bir çox xəstəliklər zamanı yaxşı müalicəvi təsir edir.
- Əməköməci öskürək və bronxit zamanı kömək edir - bəlğəmin çıxmasını asanlaşdırır, nəfəs yollarını təmizləyir, mikrobları öldürür.
- Angina, ağız boşluğu intihabları, damaq iltihabları zamanı effektlidir.
- Mədə-bağırsaq sisteminə antiseptik təsir edir, ishal zamanı kömək edir.
- İmmun sisteminin fəaliyyətini stimullaşdırır. Bu məqsədlə əməköməcinin güllərindən hazırlanmış çay istifadə olunur. 1 x.q. quru güllərin üzərinə 1 stəkan qaynar su tökülür, 1 saat ərzində dəmlənilir, gün ərzində 2 dəfə yarım stəkan olmaqla adi çay kimi içilir. Çaya bal əlavə etmək olar.
- Babasil zamanı kömək edir. Bunun üçün əməköməcidən xüsusi məlhəm hazırlayırlar.
- Sidikqovucu təsirə malikdir.
- Dəridə olan müxtəlif yaralar və xoralar zamanı kömək edir, sızanaqları və iltihabları müalicə edir, dərini təmizləyir. Dərini cavanlaşdırır, daha elastik edir, tonusunu artırır. Bu xüsusiyyətlərə görə əməköməci tez-tez anti-age kremlərinin tərkibinə daxil edilir./Saglamolun.az/