Məkkədə zəvvarların qaldığı hoteldə yanğın baş verib
08.08.2017 695 0.0 0

Məkkə şəhərində zəvvarların qaldığı hotellərin birində yanğın baş verib.

Məlumata görə, yanğının qarşısı qısa müddətdə alındığından hadisə nəticəsində zərər çəkən olmayıb.

Yanğın baş verən hoteldə Hindistandan gəlmiş 391 zəvvarın qaldığı bildirilib. Təhlükəsizlik məqsədilə onlar təxliyə edilib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, bu il Həcc ziyarərti avqustun 30-dan sentyabrın 4-dək davam edəcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar