Məkkədə gözlənilməz hadisə (FOTO)
13.07.2015 1368 0.0 0

İndoneziyalı bir qadının Məkkədə, Ümrə ziyarətində ana olub. Məlumata görə, hamiləliyinin sonuncu ayında olan qadın Ümrə ziyarəti zamanı oğlan uşağı dünyaya gətirib. 

"Sabq" qəzetinin yazdığına əsasən, qadın Məscidül-Həramda namaz qılarkən doğum sancıları tutub. Təcili həkim çağırılıb və qadınlardan ibarət həkim qrupu hamilə qadına birbaşa məscid ərazisində uşağını dünyaya gətirməyə kömək edib. Qadının və körpənin vəziyyətinin yaxşı olduğu bildirilir.

Doğum sancıları tutan qadına həkim çağırılıb.

Bu, ilk belə hadisə deyil. 2012-ci ildə Tahira Yasmin adlı pakistanlı bir qadın da Məkkə ziyarətində olarkən ana olub. O, Səfa və Mərvə dağları arasında olarkən əkiz qızlarını dünyaya gətirib. Övladlarının belə bir yerdə dünyaya gəldiyinə sevinən Tahira Yasmin qızlarını həmin dağların adı ilə Səfa və Mərvə adlandırıb./anspress/

 

Tahira Yasmin və həyat yoldaşının əkiz qızları olub.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar