Əmək pensiyası alanlara şad xəbər
16.03.2016 1164 0.0 0

 Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb.
 
Fondun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, mart ayının 15-dək respublikanın şəhər və rayonları üzrə pensiya məbləğlərinin qrafikdə nəzərdə tutulmuş müddətdən əvvəl vətəndaşların pensiya plastik kart hesablarına köçürülməsi başa çatdırılıb.
 
2016-cı il yanvar ayının 1-i tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 299 min 946 nəfərdir. Onların 60,1%-i yaşa görə, 28,8%-i əlilliyə görə, 11,1%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar