Əmək pensiyaları ilə bağlı gözlənilən qaydalar təsdiqləndi
22.12.2017 1894 0.0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nı təsdiq edib.

 

Məlumata görə, Qaydalar bu gündən qüvvəyə minib.

 

2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Əmək pensiyaları haqqında” qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir.

 

Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər.

 

Müraciətə pensiyanın növündən asılı olaraq aşağıdakı zəruri sənədlər əlavə edilir:

 

- Növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;

- ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər.

- Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:

 

Çoxuşaqlı analara yaşa görə pensiya təyin edilməsi üçün:

 

- qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

-uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

 

Sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə pensiya təyin edilməsi üçün:

 

-  qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

- uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı;

- uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

 

Uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə pensiya təyin edilməsi üçün:

 

- atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

- ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarının surəti;

-uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

- atanın növbəti nikaha daxil olmaması barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

 

Yaşa görə pensiya təyin edilməsi üçün:

 

- şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

 

Əlilliyə görə pensiya təyin edilməsi üçün:

 

- şəxsin əliliyini sağlamlıq inkanlarının məhdudluğunu müəyyən edən TSEK qərarı.

 

Ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün:

 

-  ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti);

- pensiya almaq hüququ olan ailə üzvlərinin doğum haqqında şəhadətnamələrinin surəti;

- vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynin və ya digər qanuni nümayəndəsinin (babası, nənəsi, qardaşı, bacısı, qəyyumu, himayəçisi) şəxsiyyətini təsdiq edən sənədin surəti;

- vəfat etmiş şəxsin 18 yaşından yuxarı (əyani təhsil alanlar təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarının təhsil alması barədə arayışı;

- vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı övladının əlil, ərinin (arvadının) I və ya II qrup əlil olması barədə tibbi-sosial ekspert komissiyasının qərarı;

- hərbi hissədən, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti orqanlarından və digər aidiyyəti dövlət orqanlarından hərbi qulluqçunun ölüm faktını, ölümün səbəbini və tarixini təsdiq edən, həmçinin hərbi qulluqçunun itkin düşdüyü barədə sənəd (Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda);

 

Sənədlər aidiyyəti dövlət orqanlarının informasiya bazasından müvafiq məlumat əldə etmək mümkün olmadıqda təqdim edilir. Əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanmasına hüquq verən sənədlər əlavə edilir.

 

Müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin pensiya təyin olunması üçün müraciəti “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi üçün sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında” Təlimata uyğun olaraq cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə təqdim edilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur. Xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları əmək pensiyasının təyin edilməsi barədə müraciəti və sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə Fonda təqdim edirlər. Azərbaycan Respublikası tərəfindən pensiya təminatı sahəsində imzalanmış beynəlxalq müqavilələr üzrə pensiya təyinatı ilə bağlı müraciətlər və sənədlər həmin müqavilələrdə müəyyən edilmiş səlahiyyətli qurumlar tərəfindən Fonda təqdim edilir.

 

Pensiya təyin edilməsi barədə müraciət kağız üzərində edildikdə Şöbənin və ya İdarənin işçisi tərəfindən müraciət 1 iş günü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (bundan sonra MİS) Pensiya Alt Sisteminə (bundan sonra PAS) daxil olunur və gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bu barədə bildiriş (3 nömrəli Əlavə) Müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir. Şəxsin sosial sığorta üzrə məlumatları fərdi şəxsi hesabında tam əks olunduğu halda o, (güzəştli şərtlərlə pensiya hüququ qazananlar istisna olmaqla) pensiya təyinatı barədə elektron müraciət edə bilər. Şəxsin pensiya təyinatı barədə elektron müraciəti PAS-da dərhal qeydə alınır və bu barədə bildiriş müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir. Şöbənin və ya İdarənin Pensiya üzrə komissiyası (bundan sonra Komissiya) 2 (iki) iş günü ərzində müraciətlə bağlı çatışmayan sənədlərin olduğunu müəyyən etdikdə bu barədə məlumatı PAS-a daxil edir, PAS tərəfindən hazırlanmış bildirişi gücləndirilmiş elektron imza ilə təsdiqləyərək, müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərir və ya bildirir. Pensiyanın təyin olunması üçün çatışmayan sənədlər təqdim edildikdən sonra Şöbənin və ya İdarənin Pensiya təyinatı sektorunun işçisi 1 iş günü ərzində onu PAS-a daxil edir, sənədlər tam təqdim edildikdən sonra gücləndirilmiş elektron imzası ilə təsdiqləyir və bu barədə bildiriş müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir. Müraciət kağız üzərində olduqda sənədlər PAS-a daxil edildikdən sonra 9 iş günü ərzində, elektron müraciət edildikdə isə 1  iş günü ərzində komissiya üzvləri öz rəylərini PAS-a daxil edərək gücləndirilmiş elektron imzaları ilə təsdiqləyirlər. Komissiyanın bütün üzvləri tərəfindən rəylər təsdiqləndikdən sonra sadə səs çoxluğu ilə qərar (qəbul edilir. Gün ərzində Komissiya tərəfindən qəbul olunmuş qərarları özündə əks etdirən PAS tərəfindən hazırlanmış protokol Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

 

Müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, Şöbə və ya İdarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi 5 iş günü ərzində imtinanın səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir. Bu Qaydalara uyğun olaraq əmək pensiyası təyin edilməsi və yaxud təyin edilməsindən imtina edilməsi barədə məlumatlar PAS-da saxlanılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar