Məhşur İŞİD çəlladının kimliyi bilindi
26.02.2015 717 0.0 0

 

İngiltərənin məhşur BBC kanalı  IŞİD-in edam videolarında görülən "Con" ləqəbli məhşur cəlladın adının Məhəmməd Emvazi olduğunun öyrənildiyini açıqlayıb.

Mənbənin yadığı məlumata görə, aparılan araşdırmalar nəticəsində Conun İngiltərənin paytaxtı Londonun qərbindən olduğu aydınlaşıb.

Məlumatda bildirilir ki, İngilis Təhlükəsizlik xidmətləri tərəfindən Emvazinin şəxsiyyətinin dəqiqləşdirilməsindən bir neçə müddət keçməsinə baxmayaraq  "əməliyyat səbəblərindən" indiyə qədər açıqlanmadığı açıqlanmayıb.

Daha sonra BBC-nin yaydığı məlumatda , Emvazinin elə ilk dəfə keçən il avqust ayında Amerikalı jurnalist Ceyms Foleynin edam edildiyi videoda ilə şübhələri öz üzərinə çəkdiyi qeyd olunub.

Belə ki, mənbə  onun edam səhnələri zamanı çıxışlarında danışıq tərzində İngiltərə ləhcəsində danışması ilə diqqəti çəkdiyini bildirib. Bundan başqa İngilis media qurumu, Emvazinin 2006-ci ildə Somaliyə getdiyini və Eş-Şebab qrupuyla əlaqəsi olduğunun haqda məlumat yayaraq, Məhəmməd Emvazinin Suriyaya üç il əvvəl getdiyi haqda təxminlərin olmasını qeyd edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar