Məhşur futbolçu: `Mən Tanrıya yox, özümə inanıram`
02.12.2021 441 0.0 0

"Mən qarışıq isveçliyəm. Anam xorvatiyalı katolik, atam isə bosniya və herseqovinalı müsəlmandır. Həyatımın böyük hissəsini İtaliyada keçirmişəm".

Məlumata görə, bu fikirləri İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç dini inancları barədə "Corriere dello Sport"a müsahibəsində deyib.

İsveçli hücumçu Tanrıya və axirətə inanmadığını bildirib: "Yalnız özümə inanıram. Bu, həyatdır. Öləndə ölüsən. Heç bilmirəm dəfn mərasimi və məzar istəyirəm, ya yox. Axı, məni sevənlər həmin vaxt əziyyət çəkəcəklər. Xurafat da mənlik deyil. "Uğurlar" sözü xoşuma gəlmir, mənə lazım deyil. Çünki nəyin necə ediləcəyinə özüm qərar verirəm".

Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində "Milan"la yanaşı, Niderlandda "Ayaks", İtaliyada "Yuventus" və "İnter", İspaniyada "Barselona", Fransada PSJ və İngiltərədə "Mançester Yunayted" kimi komandaların da formasını geyinib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar