Türkiyənin məşhur aktyoru Göksəl Arsoy, qürur qonağı olaraq qatıldığı Köycəğizdə təşkil edilən 9. Kaunos Qızıl Aslan Filmləri Festivalında əsgər qaçağı elan edildi.
Türk kinosunun önəmli aktyorlarından Göksel Arsoy yaşadığı bu hadisəni "Çox komik bir hadisə" olaraq qiymətləndirib. Arsoy etdiyi açıqlamada qaldığı otelə polisin dəfələrlə gəldiyini, əsgər qaçağı olaraq axtarılmaqda olduğunu və polisin əlindəki rəsmi yazını imzalaması lazım olduğunu, lakin özünün belə bir yazıya imza atmadığını bildirib.
Göksel Arsoy gələn sənədləri imzalamamasına səbəb olaraq da, sənəddə qeyd olunan adamın doğum qeydiyyat yerinin Kayseriyə aid olduğu, amma özünün isə İstanbulun Fatih rayonunda qeydiyyatda olduğunu bildirib. Aktyorun bu diqqətindən sonra hərbi çağrış vərəqini səhv ünvana getdiyi ortaya çıxıb.
Yaşanan bu hadisədəki əsas tragikomik mövzunun da usta aktyorun əsgərliyini 1963-ci ildə İspartada ehtiyat zabit olaraq etmiş olması idi. Hadisə sonrasında Köyceğiz Baş məmuru Gürkan Demirkale Arsoydan üzr istədi və bir səhvin olduğunu sözlərinə əlavə edib.