Məhsulların qiyməti üçün elektron baza yaradıldı (VİDEO)
06.11.2015 634 0.0 0

Kənd təsərrüfatı məhsullarının gündəlik topdan və pərakəndə satış qiymətləri üzrə elektron məlumat yaradılıb.

ANS TV-nin məlumatına görə, bu bazanın köməyi ilə bazarlara alış və ya satış üçün üz tutan şəxslər, paytaxt ərazisində fəaliyyət göstərən satış mərkəzlərindəki ən ucuz və baha qiymətlər haqqında məlumat ala biləcəklər. Bununla da vətəndaşlar gedəcəkləri yeri seçə biləcəklər.

Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, bu electron məlumat vasitəsilə istehsalçılar rahat yer seçə biləcəklər. 

İlkin olaraq paytaxtdakı 5 topdan və 5 pərakəndə satış mərkəzləri, eyni zamanda Sumqayıt bazarlarındakı qiymətlər yerləşdiriləcək. Buradakı meyvə və tərəvəz məhsullarının qiymətində olan dəyişiklik gündəlik yenilənəcək. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar