Məhkəmə Trampın miqrasiyaya dair fərmanı üzrə araşdırmanı dayandırıb
17.02.2017 820 0.0 0

ABŞ Apelyasiya Məhkəməsi prezident Donald Trampın immiqrasiyaya haqqında fərmanı üzrə araşdırmanı dayandırıb. APA-nın xəbərinə görə, bu barədə “Röyters” məhkəmənin qərarına istinadən məlumat yayıb.
 
ABŞ Ədliyyə Nazirliyi fərmanın icrasının dayandırılmasına dair  məhkəmənin qərarına apelyasiya şikayəti verməkdən imtina edərək, yeni prezident fərmanının hazırladığını bəyan edib. Trampın özü isə gələn həftə yeni fərman imzalayacağını bildirib.   
 
Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
 
Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb.
 
ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. ABŞ administrasiyasının məhkəmənin qərarından verdiyi birinci apelyasiya şikayəti təmin edilməyib.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar