Məlumata görə, bu barədə “RİA Novosti”yə Türkiyə Memarlar Palatasının Ankara şöbəsinin rəhbəri Tüzcan Candan bildirib.
Qeyd edək ki, Ankarada qorunan “Atatürk” meşə təsərrüfatının ərazisində prezident sarayının tikintisinə qarşı çıxış edən Türkiyə Memarlar Palatası Ali Məhkəmə Şurasına Ankara məhkəməsinin prezident sarayının tikintisinə icazə verən qərarının ləğv edilməsi iddiası ilə müraciət etmişdi.
“Qorunan ərazilərdə hər hansı tikintinin aparılması qadağan olunsa da Ankara məhkəməsi prezident sarayının tikintisi məsələsində bu məhdudiyyəti götürmüşdü. Bu gün yuxarı məhkəmə instansiyası bu qərarı ləğv edib. İndi Türkiyə qanunsuz tikilən sarayın aqibətini müəyyən etməlidir”, deyə Tüzcan Candan bildirib.
Candan əlavə edib ki, verilən qərarın analoji işlərin baxılması üçün presedent olacağına əmin olduğunu bildirib.
“Ak Saray” prezident sarayının tikintisi 2011-ci ildə başlayıb. Sarayda baş nazirin dəftərxanasının yerləşəcəyi bildirilsə də Rəcəb Tayyip Ərdoğan 2014-cü ildə prezident seçildikdən sonra binanı prezident iqamətgahı elan edib.
Prezident sarayının tikintisini tənqid edən müxalifət partiyaları tikinti işlərinə böyük vəsaitlərin xərcləndiyini iddia edirlər. Maliyyə naziri Mehmet Şimşək sarayın tikintisinə 615 mln dollar xərcləndiyini bildirib. /apa/