Mədət Quliyev məhkumlar arasında ölüm hallarına münasibət bildirib
27.05.2017 732 0
Digər dövlətlərin penitensiar müəssisələrdə məhkumlar arasında ölüm halları Azərbaycandakından az deyil.
Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev bildirib.
Onun sözlərinə görə, məhkumlar arasında ölüm hallarının olması onlara xüsusi təzyiqlərin göstərilməsi ilə bağlı deyil:
"Belə hallar təcridxanalardan kənarda da olur. Məhkum təcrid olunur, müəyyən imkanlar onların əlindən alınır. Amma yenə də deyirəm ki, ölüm halları bütün penitensiar müəssisələrdə olur”./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər