Mədət Quliyev keçmiş iş yerində - MTN formasında -FOTO
23.11.2015 857 0.0 0

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib.

Xatırladaq ki, əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 97 il ötür..

Bayramla əlaqədar, həmçinin ədliyyə orqanlarında və məhkəmələrdə silsilə tədbirlər təşkil edilib, ədliyyə veteranlarına baş çəkilib, böyük bir qrup gənc mütəxəssis ədliyyə qulluğuna qəbul olunur, idman tədbirləri, o cümlədən həvəskar ədliyyə işçilərinin velosiped yürüşü keçirilib. Nazirlikdə elektron məlumat lövhəsi quraşdırılıb.

Qazeta.info AZƏRTAC-a istinadla  xəbər verir ki, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.

Əlamətdar gün münasibətilə ədliyyə işçilərinə təbriklərini çatdıran milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev ulu öndər Heydər Əliyevin məhkəmə-hüquq sahəsini daim diqqət mərkəzində saxladığını bildirib. M.Quliyev Prezident İlham Əliyevin də ədliyyə orqanlarına yüksək diqqət və qayğı göstərdiyini məmnunluqla qeyd edib, dövlətimizin başçısı tərəfindən bayram ərəfəsində ədliyyə işçilərinin təltif edilməsinin bunun göstəricisi olduğunu söyləyib.

Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri çıxışlarında ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib, ədliyyə orqanlarının cəmiyyətimizdə rolunu və şəffaf fəaliyyətini vurğulayıb, nazirlik tərəfindən ictimaiyyətlə əlaqələrə hər zaman xüsusi önəm verilərək vətəndaş cəmiyyəti institutları ilə səmərəli qarşılıqlı münasibətlərin həyata keçirildiyini bildiriblər.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar