Mədət Quliyev: Banklara borclarının silinməsini istəyirlər
19.01.2016 2300 0.0 0

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bəzi rayonlarda baş vermiş qanunsuz etiraz aksiyalarına münasibət bildirib.

Trend-in məlumatına görə, M.Quliyev jurnalistlərə bildirib ki, qanunsuz aksiyalar manatın devalvasiyası ilə bağlı deyildi.

O, qeyd edib ki, sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər: “Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”.

M.Quliyev əlavə edib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib: “Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq”


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar