Məcburi köçkün qəsəbələrinə qaz veriləcək
03.03.2017 615 0.0 0

"Azərbaycan prezidenti məcburi köçkünlər yaşayan və qaz olmayan yerlərdə qazlaşma işlərinə başlanması barədə tapşırıq verib. Biləsuvar rayonunda 16 mindən çox məcburi köçkün 11 qəsəbədə yaşayır. Prezident ARDNŞ-ə bu qəsəbələrin qazlaşdırılması barədə tapşırıq verib".
 
Məlumata görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
 
Ə. Həsənov deyib ki, artıq bu qəsəbələrin qazlaşdırılması barədə tapşırıq icra olunub: "Gələn həftə yəqin ki, bu qəsəbələrə qaz verilməsinin açılışı baş tutacaq"./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar