Belarusiya prezidenti Aleksandr Lukaşenko, Belarusun ABŞ-ın təhdidlərinə və "mentorluq tonuna" cavab verəcəyini açıqlayıb.
Qazeta.info Rusiya mətbuatına əsasən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus ABŞ Dövlət Departamentinin təhdidlərinə və "mentorluq tonuna" cavab verə bilər.
Lukaşenko qeyd edib ki, ABŞ Dövlət Departamentinin nümayəndələri Nyu-Yorkdakı Belarus diplomatları ilə görüşərək , Belarusuyanı sanksiyalarla hədələyiblər. – "Əgər nüvə silahlarını Belarusa qaytarsanız, bu da olacaq". Görürsünüz, Belarusa doğru mentorluq tonu", - deyə Lukashenka deyib.
Belarus prezidenti qeyd edib ki, əgər Qərb Belarusu "uçurumun astanasında" qoymaq istəsə, Belarusiya buna cavab verəcək.
Məlumat üçün qeyd edək ki, bundan əvvəl Dövlət Departamenti bildirmişdi ki, onların fikrincə, Belarus konstitusiyasına edilən dəyişikliklərdə, Rusiyanın nüvə silahlarını Belarusiaya ərazisində yerləşdirmək üçün yol açmaq kimi izah oluna bilər.