Lukaşenko Rusiya ilə Belarusun vahid valyuta yaratmaq fikrinə münasibət bildirib
02.12.2021 328 0
Rusiya və Belarusun inteqrasiyası üçün heç bir məhdudiyyəti yoxdur.
Qazeta.info xəbər verir ki, Bu barədə Belarus Prezidentinin Aleksandr Lukaşenko Rİa Novosti agentliyinə müsahibəsində bildirib.
Bildirək ki, prezident vahid valyuta yaratmaq imkanından da danışıb. Onun fikrincə, Rusiya və Belarus hələ ki, bu səviyyəyə gəlməyib.
"Bu, daha yüksək səviyyədə inteqrasiyadır. Biz bu səviyyəyə gəlməmişik. Ona yaxınlaşsaq, qərar verərik", deyə Lukaşenko qeyd edib.
Bundan başqa, onun fikrincə, hazırkı şəraitdə vahid valyuta məsələsi önə çıxarılmamalı, buna mərhələli şəkildə yaxınlaşmaq lazımdır.
Lukaşenko hazırkı dövrə qədər Rusiya və Belarus iqtisadi əməkdaşlıq üçün 28 proqram imzalandığını da diqqətə çatdırıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər