LUKAŞENKO KİYEVDƏ SÖZ VERDİ
21.12.2014 841 0.0 0

Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb.

Məlumata görə, Lukaşenko bəyan edib ki, Poroşenko ondan nə istəsə, 24 saat ərzində həyata keçirəcək. 

"Bu qədər açıq danışıram. Fərqi yoxdur, Poroşenko nə istəyir istəsin həyata keçirəcəm. Biz həmişə birlikdə addım atmışıq, bir-birimizə doğma insanlarıq və irəliyə getmək üçün bundan sonra da belə olacaq. İstəyirəm ki, Ukraynada hər şey yaxşı olsun. Bir çoxları bunu oyun zənn edir. Bilirəm ki, Poroşenko belə düşünmür. Mən Ukraynaya kömək etmək üçün əlimdən gələni etməyə hazıram", Kiyevdə səfərdə olan Lukaşenko bildirib.

Qeyd edək ki, Lukaşenko Ukraynada səfərdədir. O, Kiyevə bu gün gəlib.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar