Lukaşenko Depardyenin xoşuna gəlib (VİDEO, FOTO)
04.09.2015 619 0.0 0

 

Fransız aktyor və biznesmen Jerar Depardye Fransadakı mülkünü satmaq fikrinə düşüb. Məlumata görə, aktyor bundan sonra Belarusa köçmək niyyətindədir. O, "Le figaro" telejurnalına müsahibəsində gələcək planlarından danışıb.

"Mən Fransadakı bütün əmlakımı satacam. Artıq bu ölkənin bir parçası olmaq istəmirəm. Baxmayaraq ki, hakimiyyətə işləyən jurnalistlərdən başqa bütün fransızları sevirəm", - deyən Depardye hal-hazırda İtaliyada yaşasa da Belarusa köçmək arzusunda olduğunu bildirib.

"Mən kəndlilər arasında yaşamaq istəyirəm. Çünki orada hər şey çox gözəldir. Prezident Lukaşenko da çox gözəl adamdır", - deyən biznesmen aktyor fikrini belə izah edib.

 


Belarus prezidenti Aleksandr Lukaşenko və Jerar Depardye ot biçir.


Bununla belə hazırda İrkutskda olan Jerar Depardye heç bir yerdə daimi olaraq yaşamaq istəmədiyini deyib. O, durmadan səyahət etdiyini və bundan məmnun olduğunu bildirib. 

Fransız məşhur telejurnala müsahibəsində Avropa İttifaqı ölkələrinin hakimiyyətini tənqid etməyi də unutmayıb. "Fransada, İtaliyada, Almaniyada hakimiyyətdə olan rəhbərlər... Bütün bunlar mənə xoş deyil! Ümumiyyətlə, artıq heç Avropanın özü özünü bəyənmir", - deyən Depardye Avropa ölkələrinin kifayət qədər probleminin olduğunu əlavə edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar