Lukaşenko: `Belarus və Rusiya hibrid müharibənin astanasındadır`
18.02.2022 719 0
"Belarus və Rusiya onlara qarşı açılan hibrid müharibədə sağ qalacaqlar".
Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenko Belarusu parçalamağa çalışanların şansının az olduğunu vurğulayıb.
O, həmçinin Belarusda diktatura haqqında söhbətləri nağıl adlandırıb. “Biz sadəcə Belarusda dövlət çevrilişinə cəhd edən şəxslərə adekvat cavab veririk”, – prezident əlavə edib.
Lukaşenko qeyd edib ki, Qərb Belarus və Rusiyaya qarşı iqtisadi müharibəni davam etdirmək üçün səbəb tapacaq.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər