Londonda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş aksiya keçirilib.
Məlumata görə, aksiya “Natavan Group UK” diaspor təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Yürüyüş Londonun Yaşıl Park (Green Park) stansiyasından başlayıb.
Aksiya iştirakçıları Londonun “Hyde Park”, “Knightsbridge”, “Kensington” kimi məşhur bölgələrindən keçiblər.
Onlar əllərində “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik!”, “Biz sülh istəyirik!” şüarları yazılmış plakatlar tutublar. Aksiya boyunca Xocalının tarixini əks etdirən elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində hərəkət edib.
Daha sonra aksiya iştirakçıları Azərbaycanın Londondakı səfirliyində toplaşıb. Səfirliyin önünə qərənfillər düzülüb.
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov Xocalı Soyqırımının 30-cu ildönümündə bir bayraq altında birləşdikləri üçün bütün aksiya iştirakçılarına təşəkkür edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib./apa/