Lobya - faydalı müalicəvi məhsul
25.11.2015 1054 5.0 0

Lobya çox qiymətli və faydalı məhsuldur. Ümumdünya Səhiyyə Təşkilatı bu məhsulu çox faydalı hesab edir.

Lobyanın tərkibində bir çox faydalı maddələr var. Lobya tərkibində olan zülalın miqdarına görə ətə və balığa yaxınlaşır. Məhz bu səbəbdən həkimlər hal hazırda qırmızı ətin əvəzinə daha tez-tez paxlalıları (lobya, noxud və s.) yemək tövsiyə edirlər. Geniş araşdırmalar nəticəsində sübut olunub ki, qırmızı ətin həddindən artıq miqdarlarda qəbulu insan sağlamlığı üçün ziyanlıdır. Həkimlər paxlalıları həftədə 2-3 dəfə yemək tövsiyə edir.

Lobyanın tərkibində müxtəlif orqanik turşular, karotin, C, B1, B2, B6, PP, E vitaminlər, müxtəlif minerallar (xüsusilə mis, sink, kalium, kükürd, dəmir, yod, fosfor), digər faydalı maddələr (triptofan, lizin, tirozin və s.) var.

Lobyanın qəbulu immun sistemimizə çox müsbət təsir edir.

Lobyanın müəyyən antiseptik və iltihabəleyhinə təsiri var. Sidikqovucu təsirinə malik olan lobya, xüsusilə onun qırmızı növləri, sidik kisəsini və sidik yollarınına müsbət təsir edir.

Lobya dişlərin və damaqların sağlamlığı üçün çox faydalıdır.

Lobya şorbası nəfəs yolları xəstəlikləri zamanı faydalı sayılır. Belə hesab olunur ki, lobya nəfəs yollarının təmizlənməsinə kömək edir.

B qrupu vitaminlərlə zəngin olan lobya sinir sistemi üçün çox faydalıdır - sakitləşdirir, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.

Lobya cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir. Bu xüsusilə kişilərə aiddir. Lobyanın qəbulu kişilərdə potensiyanı yaxşılaşdırır.

Lobyanın tərkibində xüsusi maddələr var ki, bu maddələr qanda şəkərin tənzimlənməsinə kömək edir. Bu səbəbdən lobya şəkərli diabet xəstələri üçün çox faydalıdır.

Kaliumla zəngin olan lobya ürək üçün olduqca faydalıdır - ürək ritmini tənzimləyir, ürək əzələsini möhkəmləndirir. Həmçinin kalium orqanizmdə ödemlərin azalmasına kömək edir.

Lobuyanın yeganə mənfi tərəfi - bağırsaqlarda qazların əmələ gətirməsidir. Tibdə buna "meteorizm" deyilir. Lobyanın bu xüsusiyyətini azaltmaq üçün mütəxəssislər lobyanı bişirilməkdən əvvəl bir neçə saat ərzində suda islatmaq tövsiyə edirlər. Həmçinin suya bir qədər soda əlavə olunduqda lobyanın bu mənfi xüsusiyyəti azalır. Lobyanı uzun müddət ərzində bişirmək və xörəyə şüyüd, razyana kimi təbii köpəleyhinə otları əlavə lazımdır.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı lobyanın qəbulu insanın sağlamlığına ziyan vura bilər. Bu xəstəliklər arasında: mədə və 12 barmaq bağırsağı xora xəstəliyi, kolit, xolesistit, pankreatit, podaqra./saglamolun.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar