Əliyevin Dəmirələ pəzəvəng xitabı uzun müddət Türkiyə mediasının gündəmindən düşməyib.
Qazeta.info “Qafqazinfo”-ya istinadla Mehmet Tıraşın köşə yazısında vurğuladığı həmin hadisəni onun dilindən sizə təqdim edir: “Heydər Əliyevlə Dəmirəlin görüşləri çox maraqlı keçirdi və uzun müddət xəbər bülletenlərinin manşetindən düşmürdü. Xüsusilə də, Əliyev təyyarədən enən kimi o məşhur “iki dövlət, bir millət” ifadəsini işlədərdi.
Belə görüşlərdən biri Heydər Əliyevin Bakıda Dəmirəl üçün axşam yeməyi təşkil etməsi ilə baş tutur. Görüş əsnasında Türkiyənin doqquzuncu prezidentinə xoş sözlər deyən Əliyevin tərif kimi işlətdiyi sözlərdən biri də Azərbaycan dilində böyük, igid, qüdrətli mənasını verən pəzəvəng sözü olur: “Qardaşım Dəmirəl dünyanın ən uğurlu siyasi pəzəvəngidir”.
Sözün mənasını əvvəl türkcə başa düşən Dəmirəl, otaqdakı siyasətçilər və türk jurnalistlər gülüşməyə başlayır. Əliyevdən sonra danışmaq üçün söz Dəmirələ verilir. O da çıxışının sonunda Heydər Əliyevə: “Sən də az pəzəvəng deyilsən” -deyə zarafatyana bir cavab verir.