Liviya da Rusiyanı yardıma çağırdı
28.09.2016 765 0.0 0

Liviya ordusunun baş komandanı marşal Xəlifə Həftar Rusiya prezidenti Vladimir Putin və bu ölkənin Müdafiə naziri Sergey Şoyquya məktub ünvanlayıb.

 

“İzvestiya” nəşrinə istinadən xəbər verilir ki, məktubda Həftar ölkə qoşunlarına atıcı silah və texnika çatdırılmasına başlanılmasını xahiş edib.

 

Verilən məlumata görə, Liviyanın Səudiyyə Ərəbistanındakı səfiri Abdel Basset Bədri Moskvaya ziyarət edərək Rusiyanı Liviyada antiterror əməliyyatına başlamağa çağırıb./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar