Livanda silah anbarı partlayıb
11.12.2021 280 0.0 0

Livanın cənubunda yerləşən fələstinli qaçqınların yaşadığı Burj əl-Şimali düşərgəsində bir neçə güclü partlayış baş verib.

“El Nashra” xəbər portalına istinadən xəbər verilir ki, partlayışa səbəb Fələstinin radikal HƏMAS hərəkatına məxsus silah anbarında baş verən yanğın olub.

İlkin məlumata görə, ölən yoxdur, 12 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Livan ordusu partlayış baş verən ərazini mühasirəyə alıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar