Payaxtda yerləşən bir çox binanda sakinlər liftdən istifadə edərkən qorxu keçirirlər. Buna səbəb əksər liftlərin köhnə və baxımsız olmalarıdır. Burdan isə belə bir sual ortaya çıxır, görəsən liftlərə hansı qurum, neçə müddətdən bir nəzarət etməlidir?
Sakinlər deyir ki, liftlərə peryodik texniki baxış demək olar ki keçirilmir. Bakı Lift -Təmir İstehsalat Birliyinin əməkdaşları lift xarab olandan olana gəlir. Bu isə bədbəxt hadisə riskini artırır.
Bakı Lift -Təmir İstehsal Birliyinin 2 saylı şöbəsindən isə iddialarla razılaşmırlar. idarənin baş mühəndisi Nuşirəvan Şahverdiyev bildirir ki, liftlərdəki nasazlıqlara onların çalışdıqı idarəninin əməkdaşları tərəfindən nəzarət edilir. Bunun üçünsə Bakı şəhəri sahələrə bölünüb.
Nuşirəvan Şahverdiyevin sözlərinə görə hər gün, liftdəki nasazlıqlarla bağlı 10-a qədər müraciət olur ki, bu problemlərin aradan qaldırılmasının müddətidə xarab olan detaldan aslı olur. Bəzən bu təmir bir neçə gündə çəkə bilir. Onun sözlərinə görə, bir çox binalarda liftlər istismar müddətini başa vurduğu üçün ümumiyyətlə dəyişdirilməlidir. Bundan başqa bəzi hallarda liftin nasazlığına elə sakinlərin özləridə səbəb olur./xezerxeber.com/