Liftdə ölüm hadisəsi baş verib
09.09.2015 649 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən bildirir ki, Sumqayıt şəhərində 54 yaşlı kişi liftin şaxtasına düşərək ölüb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1961-ci il təvəllüdlü Surxayev Yaşar Fərhad oğlu liftin şaxtasında düşərək köməksiz vəziyyətdə qalmışdır.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin şaxtasına baxış keçirərkən Y.Surxayevin cəsədini aşkar etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:50-də başa çatmışdır.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar