LİMONADDAN SİÇOVUL ÇIXDI-KOMİTƏ ARAŞDIRMAYA BAŞLADI
08.01.2015 847 0.0 0

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Caillou" nişanlı limonad içindən siçanın çıxması ilə bağlı araşdırmalara başlayıb.
 
Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.
 
Qeyd edək ki, adıçəkilən limonaddan İmişlidə bir ailənin 3 üzvü zəhərlənib.
 
Rayonun Xəlifəli kənd sakinləri 2000-ci il təvəllüdlü Əliyeva İlkanə Kazım qızı, 2001-ci il təvəllüdlü Əliyev Cahid Kazım oğlu və 1997-ci il təvəllüdlü Əliyeva Türkanə Kazım qızı limonaddan zəhərləndiklərinə görə İmişli rayon xəstəxanasının infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.
 
Xəstəxanadan bildirilib ki, hazırda onların vəziyyəti qənaətbəxşdir.
 
Uşaqların atasının dediyinə görə, limonad içindən siçan çıxıb.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar