Əli Laricani Almaniyanın vitse-kansleri ilə görüşdən imtina edib
04.10.2016 660 0.0 0

İran parlamentinin sədri Əli Laricani Almaniya baş nazirinin (kansler) müavini ilə görüşdən imtina edib.

 

Məlumata görə, İranda səfərdə olan Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabrielin parlamentin sədri Əli Laricani ilə görüşü nəzərdə tutulsa da, görüş ləğv olunub.


Z. Qabriel səfərdən öncə Almaniyada verdiyi açıqlamada bildirib ki, İranla münasibətlərin genişləndirilməsi və dostluq əlaqələrinin qurulması bu ölkənin İsraili rəsmi şəkildə tanıyacağı təqdirdə, mümkündür. Ə. Laricaninin qardaşı, ölkənin məhkəmə sisteminin sədri, ayətullah Sadiq Amoli Laricani isə onun çıxışını sərt tənqid edərək bəyan edib ki, hökumətin yerində olsaydı, Z. Qabrielin ölkəyə girişinə icazə verməzdi.
 

Qeyd edək ki, oktyabrın 3-də Tehranda Ziqmar Qabrielin iştirakı ilə İran-Almaniya biznes-forumu keçirilib./apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar