Əli Laricani: `İran Azərbaycanla dostluğunda sabitqədəmdir`
18.12.2017 745 0.0 0

“Azərbaycan və İran həmişə dost olaraq qalacaq”.

 

Məlumata görə, bunu İran parlamentinin sədri Əli Laricani bu ölkədə səfərdə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə deyib.
 

Ə. Laricani bildirib ki, Azərbaycan və İran arasındakı əlaqələrin qədim tarixi var və bu iki ölkə həmişə dost və bir-birinə dayaq olacaq: “İran İslam Respublikası Azərbaycan Respublikası ilə dostluğunda sabitqədəmdir. İki ölkənin mədəni yaxınlığı var və bu, iqtisadi-siyasi əlaqələrin də inkişaf etdirilməsinin zəruriliyi üçün möhkəm bir təməldir. Regiondakı mövcud durum və qeyri-sabitlik iki ölkənin siyasi və təhlükəsizlik sahəsində əlaqələri inkişaf etdirməsini zəruri edir”.

 

Ə. Laricani İran və Azərbaycan arasında Xəzər dənizində əməkdaşlığın zəruriliyini vurğulayıb: “Bu sahədə iki ölkənin prezidentləri arasında çox yaxşı danışıqlar olub. Ümid edirik ki, Xəzər dənizi sülh, sabitlik və geniş əməkdaşlıq  üçün platformaya çevriləcək”.

 
Vasif Talıbov isə Azərbaycan və İran arasında əlaqələrin dostluq və  qardaşlıq üzərində qurulduğunu, bu dostluğun daimi olduğunu bəyan edib. O, əlaqələrin inkişafında hər iki ölkə parlamentlərinin dostluq qruplarının rolundan danışıb və bildirib ki, dostluq qrupları indiyədək geniş fəaliyyət göstərib.

 

V. Talıbov iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar