Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Dünya Bankının ekspertləri ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvi bildirib ki, ekspertlərin Azərbaycana səfərinin məqsədi dövlət rəsmiləri ilə tütün məmulatlarının aksiz vergisinin artırılması məsələlərini müzakirə etməkdir.
Dünya Bankının Tütünə nəzarət üzrə qlobal proqramının koordinatoru Patricio V. Marquez və digər ekspertlər bir çox ölkələrdə tütün məmulatları vergisinin artırılmasının həm dövlət, həm də istehlakçılara fayda verdiyini qeyd edərək bunun yüksək gəlirlərə və səhiyyə üzrə müsbət nəticələrə yol açdığını söyləyib.
Baş nazirin müavini Əli Əhmədov bu təşəbbüsün qonşu ölkələrin təcrübələrini və beynəlxalq praktikanı nəzərə almaqla dəyərləndiriləcəyini vurğulayıb./apa/