Əli Həsənov: «Azərbaycanı idarə etmək istəyirlər»
29.06.2015 481 0.0 0

"Bu gün Azərbaycanın bəlli sərvətləri, siyasəti və özünəməxsus maraqları var. Bu maraqları reallaşdırmaq üçün kimlərinsə maraqları qarşısında sədd çəkməliyik. Bu da onlara sərf etməyəndə Azərbaycanın üzərinə gəlirlər.Prezident İlham Əliyevin sözün həqiqi mənasında Azərbaycan xalqının iradəsinə söykənən müstəqil siyasəti onlara sərf etmir və buna qarşı çıxırlar".

Bunu Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanda belə gözəl tolerant mühitin formalaşmasını həzm edə bilməyən qüvvələr var və bəzi böyük güclər dünyanı, o cümlədən Azərbaycanı da idarə etmək istəyirlər. 

PA rəsmisi deyib ki, bu gün dünyada baş verən proseslər heç də qərb və digər mətbuatda yazıldığı kimi cərəyan etmir. Bu gün dünya ölkələrində siyasi məhbus axtarırlar: "Siyasi məhbusun bir nömrəli nümunəsi Misir dövlətinin başçısı Mursidir. Öz əhalisinin demokratik səsverməsi yolu ilə 50 faizdən çox səs toplayıb prezident seçilən adamı kiminsə maraqlarına cavab vermədiyi üçün bu gün həbs edərək edam etmək istəyirlər"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar