Əli Abbasov susqunluğu pozdu; Eks nazirdən şok açıqlama: «Bu, əslində şantajdır»
21.01.2016 930 0.0 0

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən olaylardan sonra Prezidentin sərəncamı ilə işdən çıxarılan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nəhayət ki, susqunluğunu pozub. Qazeta.info bildirir ki, «Unikal.org»a qısa müsahibə verən keçmiş nazir bir sıra mətləblərə aydınlıq gətirib. 


- Əli müəllim, salam necəsiz? Hazırda hardasınız?

- Hazırda şəhərdəki evimdəyəm, istirahət edirəm.

- Məlum olaylarda bağlı istintaqa ifadə vermisiz, ümumiyyətlə, bununla bağlı istintaq orqanlarına gedib-gəlirsizmi? 

- Heç yerə getməmişəm. Evdə oturmuşam. İstintaqa da çağırılmamışam. 

- Belə çıxır ki, cinayət törədənlər tutulan şəxslər olub…

- Verdiyiniz qiymətə və ədalətli mövqeyinizə görə çox sağ olun.

- Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov deyib ki, oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun. Bu barədə nə deyə bilərsiniz?

- Mən, çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar