lham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gedib
01.12.2015 1161 0.0 0

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.

 

 

 

 

 

Daha sonra, Prezident İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı”nın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına terminalın texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, yenidənqurma işləri aparılarkən burada uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. Ümumiyyətlə sərnişinlərin rahatlığı üçün terminalda bütün zəruri tədbirlər görülüb. Hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb. Uzunluğu 41 metr olan baqaj konveyeri və eskalatorlar istifadəyə verilib. Bütün bu yeniliklər hava limanının sərnişin dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 400-450 nəfərə çatdırılmasına imkan verəcək.

Qeyd edək ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Bakı ilə yanaşı, İstanbul və Moskva şəhərlərinə də uçuşlar həyata keçirilir. İlin sonunadək Gəncə şəhərinə də uçuşların bərpa edilməsi nəzərdə tutulur.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşayan muxtar respublika üçün həyati vacibliyi nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən Naxçıvan Beynəlxalq Hava Limanının modernləşdirilməsi üçün görülən tədbirlər çoxşaxəliliyi ilə seçilir. Ötən bir neçə il ərzində hava limanında yeni inzibati binanın istifadəyə verilməsi, təhlükəsizliyi gücləndirmək məqsədilə müxtəlif təyinatlı yeni maşın-mexanizmlərin alınması, sərnişin daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək - bütövlükdə uçuşların təhlükəsizliyini təmin etmək və aeroportun fəaliyyətini dünya standartlarına uyğunlaşdırmaq istiqamətində çox mühüm addımlar atılıb.

Dövlətimizin başçısı hava limanının imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

 

 

 

 

 

 

Qazeta.info bildirir ki, Prezident İlham Əliyev səfər çərçivəsində  xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.

 

 

 

 

 

Daha sonra , Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf nəticəsində paytaxt Bakı ilə yanaşı, respublikanın bütün regionlarında mühüm yol-nəqliyyat layihələri icra olunur, yeni yollar salınır, mövcud magistrallar ən müasir səviyyədə yenidən qurulur, çoxfunksiyalı yol qovşaqları inşa olunur. Artıq bu layihələr rayon, kənd və qəsəbələri də əhatə edir. Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması belə layihələrin Naxçıvan Muxtar Respublikasında da geniş vüsət aldığını nümayiş etdirir. Son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan bu yolun yeni və daha müasir şəkildə istifadəyə verilməsi ilk növbədə, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlərdəndir. Yüksək səviyyədə yenidən qurulan bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə imkan yaradır.

Dövlət başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə tanış oldu.

Məlumat verildi ki, Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan yol bir il müddətində tamamilə yenidən qurulub. Burada 455 metr uzunluğunda beton kanal çəkilib. Yol boyunca 8 yerdə beton su keçidi, 38 yerdə boru su keçidi tikilib, lazımi yol nişanları və göstəriciləri qoyulub. Ən başlıcası isə bu rahat yoldan həmin ərazidə yaşayan 32 min nəfər sakin istifadə edəcək. Bu magistral təkcə Naxçıvan şəhəri və Babək rayonu üçün deyil, ümumilikdə, muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.

Bildirildi ki, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Eyni zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması istiqamətində davamlı işlər görülür.

Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

 

 

 

 

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib.

Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqla təchiz olunması, regionlarda yeni diaqnostika mərkəzlərinin istifadəyə verilməsi və digər tədbirlər səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir. Bu sırada Naxçıvan Muxtar Respublika Xəstəxanası da mühüm yer tutur. Naxçıvan səhiyyəsində həmişə mühüm rol oynayaraq şərəfli yol keçən bu tibb müəssisəsi 1920-ci ildən şəhər xəstəxanası kimi fəaliyyətə başlayıb. 100 çarpayılıq Naxçıvan Birləşmiş Şəhər Xəstəxanası 1950-ci ildən Respublika Xəstəxanasına çevrilib, 1957-ci ildə N.Nərimanov adına Respublika Birləşmiş Xəstəxanası adlanıb. Fəaliyyətdə olan indiki xəstəxana binasının tikintisinə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 1979-cu ildə başlanıb və 1987-ci ildə istifadəyə verilib. Ötən illər ərzində bina istifadəyə yararsız hala düşdüyündən 2013-cü ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işlərinə başlanıb və artıq tibb ocağı istifadəyə hazırdır.

Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. Buraya travmatologiya, təcili və təxirəsalınmaz tibbi yardım, ümumi terapiya, nevrologiya, hematologiya, göz xəstəlikləri, burun-qulaq-boğaz, endokrin xəstəliklər, proktologiya, urologiya, cərrahiyyə, neyrocərrahiyyə, reanimasiya və reabilitasiya şöbələri daxildir. Xəstəxanada pulmonologiya, qastroenterologiya, hemodializ kimi 3 stasionar bölmə, həmçinin qəbul, radiologiya, laboratoriya, Konsultativ Diaqnostik Poliklinika, Mərkəzi Qan Bankı, Dərman Vasitələrinin Mərkəzləşmiş Analitik Ekspertiza Laboratoriyası şöbələri fəaliyyət göstərir. Fizioterapiya, hidroterapiya, Naftalan nefti ilə müalicə, əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinələr də xəstələrin ixtiyarında olacaq. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompyuter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb. Xəstəxananın köməkçi binasında da yüksək şərait vardır. Burada MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkün olacaq.

Ərazidə geniş yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

 

 

 

Daha sonra, Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində şəhər 2 saylı uşaq musiqi məktəbinin açılışında da iştirak edib.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, bu musiqi məktəbi 1987-ci ildə yaradılıb. Məktəb binasının darısqallığı son vaxtalar burada tədrisin müasir səviyyədə qurulmasına əngəl törədirdi. Bu çətinliyi nəzərə alaraq muxtar respublika rəhbərliyi məktəb üçün yeni bina tikilməsi haqqında qərar verib. Şəhərin görməli yerlərindən birində - Atatürk küçəsində ümumi sahəsi 2540 kvadratmetr olan 4 mərtəbəli yaraşıqlı bina qısa müddətdə ucaldılıb. Burada 300 şagird müxtəlif musiqi alətlərində ifaçılıq sənətinə, həmçinin milli və klassik musiqinin sirlərinə yiyələnəcək. Bunun üçün 4 şöbədə 7 ixtisas üzrə tədris aparılacaq. Təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün zəruri tədbirlər görülüb. 39 fərdi sinif otağı, tədris otaqları və müxtəlif tədbirlərin keçirilməsi üçün zal ən müasir avadanlıqla təchiz edilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yeni mədəniyyət və incəsənət ocaqlarının gənc nəslin istifadəsinə verilməsi, mövcud olanların yüksək səviyyədə bərpası, onların müasir avadanlıqla təchiz edilməsi dövlətin mədəniyyət sahəsinə hərtərəfli qayğısının bariz nümunəsidir.

Dövlətimizin başçısı məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

 

 

 

 

 

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin açılışında iştirak edib.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu sahə də dövlət siyasətinin mühüm prioritetləri sırasındadır. Ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, həmçinin bu proses ən ucqar yaşayış məntəqələrini də əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılıb, onlar internetə qoşulub. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına hərtərəfli dəstəyini əsirgəmir. Azərbaycan dövlətinin təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd – ölkəmizdə bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasıdır. Həyata keçirilən kompleks proqramlar təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Belə təhsil ocaqlarından biri də Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbidir.

Dövlət başçısına məlumat verildi ki, Nehrəm kənd 2 saylı tam orta məktəbi muxtar respublikada tikilən və ya əsaslı şəkildə təmir olunan çoxsaylı təhsil müəssisələrindən biridir. Ümumi sahəsi 5165 kvadratmetr olan məktəbin binası dörd mərtəbəlidir. Burada 990 şagird təhsil alır. Onların ixtiyarına 42 sinif otağı, kimya, fizika və biologiya fənlərinin tədrisi üçün laboratoriyalar, hərbi kabinet verilib. Bundan başqa, məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün 2 xüsusi sinif ayrılıb. Kitabxana , müəllimlər otağı, idman zalı ən zəruri avadanlıqla təmin olunub. Məktəbdə 5 elektron lövhə quraşdırılıb, optik kabel ilə internet şəbəkəsinə qoşulub.

Prezident İlham Əliyevə məlumat verildi ki, muxtar respublikanın 221 məktəbi eyni vaxtda birbaşa Naxçıvan şəhərindəki Bayraq meydanı ilə canlı bağlantı yarada bilir, bu da telekörpü vasitəsilə müxtəlif mövzularda dərslərin keçirilməsinə imkan verir. Nehrəm kənd 2 saylı tam orta məktəbi də həmin sistemə qoşulub. Məktəb bütün lazımı infrastrukturla təchiz olunub.

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar