Leyla Əliyeva Talassemiya Mərkəzində olub
01.07.2017 808 0.0 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da növbəti dəfə Talassemiya Mərkəzində olub, burada müalicə alanlarla görüşüb.

 

Fonddan verilən məlumata görə, Leyla Əliyeva Talassemiya Mərkəzində irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən həm xəstə uşaqlar, həm də onların valideynləri ilə görüşüb.

 

Mütəmadi olaraq Talassemiya Mərkəzinə baş çəkən Heydər Əliyev Fondunun vitse-prezidenti bu dəfə də bu tibb müəssisəsində müalicə alan uşaqların yanına əlidolu gəlib. Leyla Əliyevanın adından Mərkəzə zəruri tibb avadanlığı, kompüterlər və avtomobil hədiyyə edilib. Mərkəzdə müalicə alanlarla və onların valideynləri ilə görüşən Leyla Əliyeva onlarla söhbət edib, talassemiyalı uşaqların səhhəti ilə maraqlanıb.

 

Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov Fondun Talassemiya Mərkəzinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını bildirib. Mərkəzin direktoru Valeh Hüseynov tibb müəssisəsində xəstələrin müalicəsinin ən yüksək səviyyədə aparıldığını, onların lazımi dərman preparatları ilə təmin olunduğunu qeyd edib.

 

Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə alan uşaqlara hədiyyələr təqdim edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin sümük iliyinin transplantasiyası şöbəsində də olub, burada həkimlərin ciddi nəzarəti altında müalicə alan uşaqlarla maraqlanıb. Leyla Əliyevaya şöbədə aparılan diaqnoz və müalicə üsulları barədə məlumat verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti xəstələrin müalicəsi üçün bundan sonra da lazımi addımların atılacağını bildirib və uşaqların tezliklə sağalacağına əminliyini ifadə edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar