Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atası, Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, Leyla Əliyeva İnstaqram hesabından təbrik mesajı yazıb.
Ttəbrikdə deyilir:
"Əziz Ata! Öz adımdan demək istəyirəm: Çox xoşbəxtəm ki, mənim belə Atam var. Yəqin, hər bir insan özünə görə yaxşıdır, hər kəsin yaxşı keyfiyyətləri, nailiyyətləri, xidmətləri var. Lakin ən layiqli, yaxşı və alicənab keyfiyyətlər səndə toplanıb. Sənin ailənə qarşı sonsuz sevgin və qayğın bizə özümüzü daim daş divar arxasında, daim müdafiə olunmuş, sabahkı günə əminlik hissi ilə baxmağa imkan verir.
Sənin gördüyün işlər sayəsində gündən-günə çiçəklənən Azərbaycana hədsiz sadiqliyin çoxlarını heyran qoyur. Və bu gün dünyanın ən müxtəlif guşələrində yaşayan insanlar Bakının dünyada ən gözəl şəhər olduğunu etiraf edirlər. Sənin ədalətini həm yaxınların, həm də kənar insanlar öz üzərində hiss edir. Heç zaman yanlış hərəkət etməyə imkan verməyəcək alicənablığın hər kəsi heyran qoyur. Və əlbəttə, sənin ölkəni irəli apardığın cəsarət, qorxmazlıq, qətiyyət və gücünə dünyanın istənilən siyasətçisi həsəd apara bilərdi! Mən səni çox-çox sevirəm!
Ad günün mübarək!"