“Lenta.ru” saytı dövlət başçılarının qızlarından ibarət “Mənim atam prezidentdir” adlı siyahı hazırlayıb.
Bildirək ki, siyahıda prezident İlham Əliyevin qızı Leyla Əliyeva da var.
Həmin siyahını təqdim edirik:
Leyla Əliyeva
Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı və ölkənin keçmiş prezidenti Heydər Əliyevin nəvəsidir. Eyni zamanda, “Bakı” jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya-Azərbaycan Gənclər Təşkilatının (AMOR) sədri, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəridir. 30 yaşı var.
Əliyevanın 3 övladı var: Əli və Mikayıl adlı iki oğlu və Əminə adlı övladlığa götürdüyü qızı.
Gülnarə və Lalə Kərimovalar
Özbəkistan prezidenti İslam Kərimovun qızları siyahıda yaşca ən böyüklərdir. Gülnarənin 43, Lalənin 39 yaşı var.
Kiçik qız Lalə Kərimova ölkəsində xeyriyyəçilik fəaliyyətinə görə məşhurdur, lakin vikipediyada onun haqqında məlumat çox azdır, demək olar ki, yoxdur.
Gülnarəni ölkədə atasından sonra onun yerinə keçəcək ikinci şəxs hesab edirlər. Belə ki, 2013-cü ildən sonra o, atası ilə bir növ məşqlərə başladı və sürətlə siyasi aləmdə adından bəhs etdirdi.
Son vaxtlara qədər Gülnarə Kərimova “Guli” brendinin adı altında zərgərlik məhsullarının dizaynı ilə məşğul olub. O, ölkəsində müğənni kimi də tanınır. “Özbəkistanın mədəniyyət və incəsənət Forumu”na və digər qeyri- hökumət təşkilatlarına rəhbərlik edib.
Gülnarə 1991-ci ildə ABŞ vətəndaşı Mənsur Məqsudiyə ərə gedib, lakin 2001-ci ildə bu evliliyin qeyri-qanuni olduğu aydın olub. İki uşaq üzərində öhdəlik iki ölkə arasında qalmaqal yaradıb, nəhayət, ABŞ məhkəməsi uşaqları anasına verib.
Barbara Berluskoni
İtaliyanın sabiq hökumət başçısı Silvio Berluskonini qızı “FinInvest”in direktorlar şurasında təmsil olunur, eləcə də “Milan” futbol klubunun vitse-prezidentidir.
O, 16 yaşı olandan futbolçularla olan sevgi münasibətlərinə görə mətbuatın daima gündəmində olub. Onun biznesmen Corcio Valaquçça ilə evliliyindən iki oğlu var.
Barbara Rusiya prezidenti Vladimir Putinin qızları – Mariya və Yekaterina ilə dostluq edir.
Maliya və Saşa Obamalar
ABŞ prezidenti Barak Obama ilk növbədə uşaqlarına sosial şəbəkələrdən istifadə etməyi qadağan edib. Maliyanın 17, Saşanın 14 yaşı var. Onlar Vaşinqtondakı özəl “Sidwell Friends” məktəbində oxuyurlar.
2015-ci ildə “The New York Post” böyük qızı “dəb ikonu” elan edib. Bundan sonra Maliya moda jurnalları və bloqçuların diqqət mərkəzində olub.
Maliya və Saşanın münasibətləri haqqında mətbuatda çox məlumat verilmir. Onlar 2014-cü ildə “Ən nüfuzlu yeniyetmələr” siyahısında 4-cü yeri tutublar.
Cenna Buş-Haqer
ABŞ-ın 43-cü prezidenti Corc Buşun qızıdır. 2008-ci ildə ailə həyatı qurub, iki övladı var.
Onun “İnstagram”da 190 min izləyicisi var.
Məryəm Navaz
Pakistanın baş naziri Mian Məhəmməd Navazın qızıdır. 42 yaşı var. O, şübhəsiz ki, dünyanın ən məşhur qadınlarından biridir.
Pəncab universitetində ingilis ədəbiyyatı ixtisası üzrə təhsil alıb, siyasətlə məşğul olub. “Twitter”də 1 milyon 71 min izləyicisi var.
İvanka və Tiffani Tramplar
Amerikalı milyarder, Cumhuriyyət partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Donald Trampın qızlarıdır.
Tikinti maqnatının və siyasətçinin böyük qızı, 34 yaşlı İvanka uşaq yaşlarından mətbuatın gündəmindədir. O, model olmaq istəyirdi. 1997-ci ildə ilk dəfə moda jurnalında şəkli dərc olunub və daha sonra başqa jurnallarla əməkdaşlıq edib. Daha sonra o, bu məşğuliyyətdən soyuyaraq biznes və yazıçılıqla məşğul olmağa başlayıb.
“Trump Organization”da vitse-prezident olub. Ailəlidir, iki övladı var, 3-cü uşağa hamilədir. “İnstagram”da 750 minə yaxın izləyicisi var.
Trampın digər qızı Tiffaninin 22 yaşı var. Pensilvaniya universitetində sosiologiya ixtisası üzrə təhsil alır. “İnstagram”da 85 minə yaxın izləyicisi var./Qafqazinfo.az/