«Leyla Əliyeva dedi ki, belə həyata öyrəşmişəm»
09.06.2015 1277 0.0 0

“Leyla Əliyeva çox səmimi xanımdır. Onun dediyi heç bir söz şablon deyil, hamısı ürəkdən gəlir. O, şəxsən adamın gözünün içinə baxıb danışır və insanda çox müsbət emosiyalar yaradır. Nəticədə onunla söhbətə vurğun olursan”

Bunu AzVision.az-a Əməkdar artist, tanınmış şoumen, “Bakı 2015”in ulduz elçisi Murad Dadaşov deyib.

O, Leyla Əliyeva ilə dostluq münasibətlərində söz açaraq, prezidentin qızı ilə tez-tez tədbirlərdə görüşdüyünü söyləyib: “Leyla xanıma çox böyük hörmət bəsləyirəm. O, hələ körpə yaşlarından “Bakılı Oğlanlar” komandasına bağlı insandır. 

1995-ci ildə komandamızın Bakıda keçirilən yay kuboku tədbirində Leyla xanım da səhnəyə çıxmışdı. O da bizim komandamızın bir üzvü olaraq həmin KVN tamaşasında balaca bir rol ifa edib. Leyla xanım öz rolunu çox mükəmməl şəkildə tamaşaçıya çatdırıb. 
İllər keçdi. Leyla xanım ulu öndərimizin nəvəsi və hörmətli prezidetimizin layiqli övladı kimi özünü xalqımıza təqdim etdi. Hər kəs kimi Leyla xanım da kifayət qədər rahat bir həyat sürə bilər. Amma o, öz təşəbbüsü ilə müxtəlif səfərlər təşkil edir və fəaliyyətlər həyata keçirir”.

“Bakı 2015”in ulduz elçisi Murad Dadaşov Atəşgah məbədində Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimi zamanı Leyla Əliyeva ilə görüşdüyünü bildirib.

“Görüşümüz zamanı Leyla xanımdan soruşdum ki, belə gərgin bir iş qrafiki ilə çalışmaqdan yorulmur? O, isə dedi ki, “əlbəttə yorulmuram”. Leyla xanım mənə ağır iş rejimi və belə həyatın onu yaşatdığını söylədi.

İnsanın adi vəzifəsi ilə yanaşı vətəndaş məsuliyyəti də var. Mən çox sevinirəm ki, dövlət başçımızın ailəsi ilk növbədə Azərbaycanın birinci vətəndaşlarıdır. Vətəndaş olaraq Leyla xanım bu gün Azərbaycan üçün çox şeylər edib. O, bütün səlahiyyətlərindən istifadə edərək Azərbaycanın xeyrinə çalışır. Leyla xanım ən gözəl işlərlə yanaşı müərəkkəb layihələri də öz üzərinə götürüb. 

O, Azərbaycanın komfortlu olmayan sahələri üzrə də müəyyən fəaliyyətlər həyata keçirir. Məsələn ekologiyanın təmizlənməsi ilə bağlı layihələrdə Leyla xanımın danılmaz fəaliyəti var. Qıraqdan baxanda hər şey çox asan görünür. Bütün bunların arxasında isə şəxsi həyata vaxt çatışmazlığı məsələsi də dayanır. 

Bu insanlar çox mürəkkəb bir həyat sürürlər. Hər bir normal insan rahat həyat arzulayır. Leyla xanım isə mənə gərgin iş rejiminə öyrəşdiyini və belə həyatın ona çox maraqlı olduğunu söylədi. Onun bu sözləri məni bir vətəndaş olaraq çox sevindirdi”. 

Əməkdar artist həmçinin qeyd edib ki, prezidentin övladları yüksək tərbiyə almış insanlardılar. Onlar bütün adət-ənənələrimizə sadiqdirlər.

“Məsələn, Rusiyanın dövlət başçısının ailəsi haqqında ümumiyyətlə məlumat yoxdur. Amma Azərbaycanlı olmağı dəbə salan hörmətli prezidentimizin ailəsi oldu. Xaricdə Azərbaycan deyiləndə heç kəs ikinci sualı vermir. Bütün bunlar Mehriban, Leyla və Arzu xanımın sayəsində olub. 

Dövlət başçımız ictimai-siyasi məsələləri öz üzərinə götürüb. Mədəniyyətmizi yaşadır. Maraqlı da budur ki, bu insanlar xaricdə təhsil almalarına baxmayaraq, xarici deyillər. Onlar milli dəyərlərə çox böyük önəm verən insanlardır. Mehriban xanımın muğamımızı dünyaya tanıtması istiqamətində gördüyü işlər göz qabağındadır. Bu yaxınlarda Arzu xanımın çəkdiyi möhtəşəm film də çox böyük əməyin nəticəsidir. Onlar belə nəhəng işləri heç bir təşəkkür gözləmədən görürlər. Prezidentimizin övladı Heydər də çox səmimi bir oğlandır”. 

M. Dadaşov prezident ailəsi ilə münasibətlərindən də söhbət açıb və xatirələrini bölüşüb: “Cənab prezidentimizin ailəsinə bizim komandamızın xüsusi bir münasibəti var. Ailə bizim ən sevilən və hörmətli tamaşaçılarımızdandır. Ulu öndərimiz həmişə KVN komandasının Azərbaycanın fəxri olduğunu söyləyərdi. Mərhum prezidentimiz konsertlərimizə gələrdi və tamaşaçı qismində istirak edərdi. 

Heç vaxt yadımdan çıxmaz, ulu öndərlə Heydər Əliyev Sarayında vidalaşan zaman cənab prezidentimizə yaxınlaşdıq və baxışlardan hər şeyi başa düşdük. Bizim Heydər Əliyevə xüsusi bağlılığımız var. Həmin gün doğma bir insanımızı itirmişdik. Mən ağlayan adam deyiləm. Amma bir xatirə var ki, onu yada salan zaman həmişə gözlərim dolur. 
Leyla xanımın Heydər Əliyevlə bağlı xatirələri həmişə məni kövrəldir. O, babası ilə aralarında olan münasibətlərindən danışanda hər zaman mən və ailə üzvlərim kövrəlir. 

Bütün bunlar daxili səmimiyyət və saflıqdan irəli gəlir. Mən belə baba-nəvə münasibəti heç vaxt görməmişdim. Allah hər bir layiqli kişiyə Leyla xanım kimi qız nəvəsi qismət eləsin!

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar