“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və erməni-türk münasibətlərinin normallaşması Ermənistanın və Dağlıq Qarabağın iqtisadi inkişafının və demoqrafik vəziyyətinin yaxşılaşmasının, eləcə də təhlükəsizliyinin əsas zaminidir”,
Bildirək ki, bu barədə Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi” partiyasının (AMK) lideri Levon Ter-Petrosyan partiyanın qurultayında çıxışı zamanı deyib.
O, partiyasını 2017-ci il parlament seçkilərinə “sülh, barışıq və mehribanlıq” şüarı altında getməyə çağırıb.
L.Petrosyan qeyd edib ki, keçən uzun müddət münaqişənin həlli olmadan Ermənistanın hər-hansı inkişaf perspektivindən məhrum edildiyini almağa imkan verir.
“Qarabağ münaqişəsinin nizama salınmasından sonra erməni-türk münasibətləri də avtomatik olaraq normallaşacaq. İndi münaqişənin nizama salınması üzrə danışıqlar masasında mərhələli həll variantı var. Bu, 1997-ci ildən bəri uzanan variantdır. Bu varianta görə, Qarabağa aralıq statusun verilməsi əvəzində ətraf ərazilər qaytarılır, Azərbaycanla təmas xəttinə sülhməramlılar yerləşdirilir. Əgər Ermənistan indi bu anı qaçıracaqsa, ölkə üçün növbəti qərar daha pis olacaq. Aprel müharibəsi göstərdi ki, yeni müharibənin qarşısı açılıb. Azərbaycan ləyaqətlə müdafiə olunacaq. İlham Əliyev səmərəli düşünən dövlət xadimidir və sülh üçün addım atmağı bacarır”, - deyə o bildirib./Publika.az/