Alimlər Vindzor qalasında rəssam Leonardo da Vinçinin ikinci portretini aşkar ediblər.
Bu barədə "Report" "Oane"ya istinadən xəbər verir.
Leonardo da Vinçinin ikinci portretinin mayın 24-də Bukinhem sarayında keçiriləcək sərgidə nümayiş etdirilməsi planlaşdırılır. "Royal Collection"un əməkdaşı Trust Martin Kleyton kral ailəsinin kolleksiyasından qarşıdan gələn sərgi üçün şəkilləri seçərkən məşhur ustanı tanıyıb.
İlkin məlumata görə, eskiz 1519-cu ildə, rəssamın ölümündən az əvvəl çəkilib.
Leonardo da Vinçi yenicə tapılmış portretində kədərli və yorğun görünür. Güman edilir ki, şəkilin müəllifi rəssamın şagirdlərindən biridir. Alimlər indiyə qədər rəssamın sağ ikən çəkilmiş yalnız bir rəsminin olduğunu bilirdilər.
Daha əvvəl İtaliyalı tədqiqatçı Sabrina Sfortsa Qalitsiya rəssam Leonardo Da Vinçinin "Gizli axşam yeməyi" adlı əsərinin gizli mənasını açmağa müvəffəq olduğunu bildirib.